
Bakı. Trend:
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev
UEFA-dan növbəti dəfə təyinat alıb.
AFFA-dan Trend-ə verilən məlumata görə, o, 21 yaşadək
futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının
seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və
Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom”
stadionunda baş tutacaq.

