
Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus , Türkiyədə
yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında aviasiya
yanacağının istehsal həcmini əhəmiyyətli dərəcədə artırıb.
Bu barədə Trend Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi
İdarəsinə (EPDK) istinadla xəbər verir.
Dərc olunmuş informasiyaya əsasən, cari ilin iyun ayında zavodda
178 720 ton aviayanacaq istehsal olub ki, bu ötən ilin anoloji
dövründəki istehsal həcmi ilə müqayisədə 66 178 ton və ya 58,8%
çoxdur..
Qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci il oktyabrın
19-da fəaliyyətə başlayıb. Zavod neft emalı ilə neft-kimya
sənayesinin inteqrasiyasını təmin edir və Türkiyə iqtisadiyyatının
real sektorunda ən böyük investisiya layihəsidir.
2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü
13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağı
daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illik
nafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksinin
xammal tələbatını tam şəkildə qarşılayır.