STAR neft emalı zavodu iyunda neft koksu istehsalını azaldıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan,
Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında
58 583 ton neft koksu istehsal edib.

Bu barədə Trend Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi
Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında zavodun
neft koksu istehsal həcmi 66 685 ton təşkil edirdi. Nəticə etibarı
ilə istehsalat həcmi illik ifadədə 8 102 ton və ya 12,1 faiz
artıb.




Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da
fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin
inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən
böyük investisiyadır.

2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyon
tona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağı
da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cü
ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən
18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimya
kompleksinin xammala olan tələbatını, demək olar ki, tam
ödəyir.