Azərbaycanda güclü zəlzələ riski var? –

Baş səhifə

Xəbər verildiyi kimi, ötən gün Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss olunub. Bu isə cəmiyyətdə daha güclü zəlzələ ehtimalı ilə bağlı sualları gündəmə gətirib.

Mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov Metbuat.az-a açıqlama verib. O bildirib ki, hazırda ölkədə güclü zəlzələ riski mövcud deyil:

Ümumiyyətlə, güclü zəlzələlərin baş vermə ehtimalı hər zaman nəzəri olaraq mümkündür. Amma hazırda Azərbaycanda böyük fəlakətə səbəb olacaq miqyasda zəlzələ gözlənilmir. Daha çox müəyyən bölgələrdə xırda, zəif və insanların hiss edə biləcəyi yüngül yeraltı təkanların baş verməsi ehtimalı daha real hesab olunur.

Ülkər Cəlilzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir