PAŞA Kapital ilə 11.5%-lik illik gəlirli BirKart BOKT istiqrazlarına investisiya imkanı

Baş səhifə

Bakı. Tend:

Yerli kapital bazarlarında uğurlu anderrayter layihələrinin
davamı olaraq PAŞA Kapital bu dəfə investorlar
üçün yeni investisiya imkanı təqdim edir. Şirkət, Kapital Bank-ın
təsisçisi olduğu BirKart BOKT MMC-nin
istiqrazlarının abunə yazılışına start verib.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayteri olduğu
istiqrazların əsas xüsusiyyətləri:

  • Nominal dəyər: 100 AZN;
  • Gəlirlilik faizi: İllik 11.5%;
  • Buraxılış həcmi: 2 000 000 AZN;
  • Ödəmə periodu: aylıq;
  • Tədavül müddəti: 12 ay
  • Növü: Sənədsiz, adlı, faizli, təmin
    edilməmiş

İstiqrazları əldə etmək istəyən investorlar 09 sentyabr
2025-ci il tarixinədək
PAŞA Kapital-a https://onboarding.pashacapital.az/
– bu link vasitəsilə müraciət edib fürsətdən yararlana bilər.




Fəaliyyəti partnyor mağazalarda və digər satış nöqtələrində
müştərilərə faizsiz taksit imkanı təqdim etməkdən ibarət olan
BirKart BOKT MMC, müştərilərə mağazadan kənara çıxmadan kartı
rəsmiləşdirərək, məhsul və xidmətləri faizsiz taksit şərtləri ilə
əldə etmək imkanı yaradır. Yaxın dövrdə daha bir neçə filialın
açılması və qanunvericiliklə icazə verilən digər xidmətlərin təqdim
olunması da planlaşdırılır.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/
saytına daxil ola bilərsiniz.