Erməni Apostol Müqəddəs Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib – Paşinyan

Baş səhifə

Bakı. Trend:

Erməni Apostol Müqəddəs Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və
heç bir halda dəyişə bilməz. Ktriç Nersisyan Patriarx Palatasını
tərk etməlidir.

Trend xəbər
verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan
avqustun 28-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində
deyib.




Baş nazir əlavə edib: “Bəli, mənim müəyyən planlarım olub və
indi də var. Amma onlar Ermənistanda çoxlarının təsəvvür etdiyi
çərçivəyə sığmır. Bəli, Patriarxal Palatalar Ktriç Nersisyandan
azad edilməlidir. Yaxın gələcəkdə bu prosesə rəhbərlik
edəcəyəm”.