“Qarabağ”ın kolumbiyalı üçün ödədiyi məbləğ bəlli oldu

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” kolumbiyalı vinger Kamilo Duranın transferi üçün
ödədiyi məbləğ açıqlanıb.

Trend “Transfermarkt”a istinadən xəbər verir ki, ağdamlılar 23 yaşlı
forvardın keçidi üçün Portuqaliyanın “Portimonense” klubuna 200 min
avro (təxminən 395 min manat) ödəyib.




Xatırladaq ki, Duranla 2027/2028 mövsümünün sonuna qədər
müqavilə imzalanıb.

23 yaşlı futbolçu “Lusitania”, “Eştrela Amadora”(Portuqaliya)
klublarında oynayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir