
Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian 31 avqustda Çinə səfər
edəcək.
Trend-in
məlumatına görə, bu barədə İran prezidentinin siyasət məsələlər
üzrə müşaviri Mehdi Sənayi “X” platformasındakı hesabında paylaşım
edib.
Onun sözlərinə görə, İran prezidenti Çində 30-dan çox ölkənin
rəsmisinin iştirakı ilə keçiriləcək “Şanxay Əməkdaşlıq Təşkilatı”
və “Şanxay Əməkdaşlıq Təşkilatı +” sammitlərində iştirak
edəcək.
Sənayi bildirib ki, səfər çərçivəsində Pezeşkianın çinli həmkarı
və bəzi ölkələrin dövlət başçıları ilə önəmli görüşlər keçirməsi
nəzərdə tutulub.

