Azərbaycanda könüllü sığorta bazarı 15%-ə yaxın böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda könüllü sığorta
növləri üzrə sığorta şirkətlərinin yığımları 716,301 milyon manat
təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə
müqayisədə 92,6 milyon manat və ya 14,8% çoxdur.




Eyni zamanda, hesabat dövründə könüllü sığorta növləri üzrə
ödənişlərin həcmi 80,595 milyon manat təşkil edib. Bu isə 2024-cü
ilin yanvar-iyul aylarındakı göstərici ilə müqayisədə 81,9 milyon
manat və ya 22,3% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı
sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı
yığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.

Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakı
sığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığorta
ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7
milyon manat və ya 20,7% artım deməkdir.