Süni intellekt şirkəti “Google Chrome”u 34,5 milyard dollara almaq istəyir

Baş səhifə

Bakı. Trend:

Süni intellekt şirkəti “Perplexity”, “Google”un ən çox istifadə
edilən brauzeri “Google Chrome”u 34,5 milyard dollara almaq
istədiyini açıqlayıb.

Trend xəbər verir ki, dünyada 3,5 milyard
istifadəçisi olan “Google Chrome” hazırda ABŞ-da gedən antiinhisar
məhkəməsinin əsas mövzularından biridir.




“Perplexity” bildirir ki, “Google Chrome”un müstəqil operatora
verilməsi “ictimai maraqlara xidmət edən həll” olacaq. Lakin
“Alphabet” və CEO Sundar Piçai bu ideyaya qarşı çıxır.

Qeyd edəki ki, mütəxəssislər qeyd edirlər ki, bu alış baş tutsa,
internet bazarında böyük dəyişikliklər ola bilər. Qərarı yaxın
günlərdə məhkəmə verəcək.