“Beşiktaş” Məhəmməd Əl-Musratini İtaliya klubuna icarəyə verib

Baş səhifə

Bakı.Trend:

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Məhəmməd Əl-Musratini
icarəyə verib.

Trend xəbər
verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını qarşıdakı bir il
ərzində İtaliyanın “Verona” komandasında davam etdirəcək. Artıq
tərəflər arasında razılıq əldə olunub.




Liviyalı oyunçu ötən mövsüm Fransa təmsilçisi “Monako”da icarədə
olub.

Məhəmməd Əl-Musrati 2024-cü ildə Portuqaliyanın “Braqa”
klubundan “Beşiktaş”a keçib.