
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınlardan ibarət
“Yüksekovaspor” komandasını qəbul edib.
AFFA-dan Trend-ə verilən məlumata görə, görüşdə bu komandada
çıxış edən Azərbaycan millisinin futbolçuları Vüsalə Seyfəddinova,
Vüsalə Hacıyeva, Jalə Məhsimova və Aytac Şərifova da iştirak
ediblər.
Kluba yeni transfer olunan Sevinc Cəfərzadə isə heyətə gec
qoşulduğu üçün görüşə qatıla bilməyib.
Qeyd edək ki, “Yüksekovaspor” ötən mövsüm 1-ci liqanın qalibi
kimi Superliqaya yüksəlib.