Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı növbəti mərhələ üzrə işlərə 8,8 milyon manat ayrıldı

Baş səhifə

Bakı. Trend:

Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı növbəti mərhəldə
işlərə başlanılır.

Trend-in
məlumatına görə, tikinti işləri şəhərin 5-ci yaşayış massivi,
məhəllə O-129 üzrə aparılacaq.

Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.




Dövlət xidməti sözügedən işlərin icrasını “El-Seym İnşaat”
Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə
bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 8 775 244 manat ödənilib.

İşlərin həvalə olunduğu “El-Seym İnşaat” QSC 2008-ci ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 152 min manat olan şirkətin
qanuni təmsilçisi Ələkbərov Yaşar Kəmənd oğludur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir