Azərbaycan və Aİ arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Gu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının
Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi
Maqdalena Qrononu qəbul edib.

XİN-dən Trend
bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ)
əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri,
Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və
beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, nəqliyyat, enerji
təhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrə
əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İki tərəf arasında yüksək
səviyyədə təmasların məmnunluq doğurduğu, dialoqun davam
etdirilməsinin vacibliyi vurğulanıb.

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycan Respublikasının
Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü
çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində
nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Avropa İttifaqının
sülh prosesinə müxtəlif istiqamətlərdə dəstək verməyə hazır
olduğunu bildirib.

Nazir Ceyhun Bayramov, öz növbəsində Vaşinqton sammiti zamanı
əldə edilmiş tarixi razılıqlar, Azərbaycan-Ermənistan normallaşma
və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər
barədə qarşı tərəfə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir