Ağdamda şiddətə məruz qalmış azyaşlıların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir

Baş səhifə

Bakı. Trend:

Ağdamda şiddətə məruz qalmış azyaşlıların hüquqlarının müdafiəsi
Ombudsmanın diqqət mərkəzindədir.

Trend
xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

“Məlumat üçün bildiririk ki, mediada Ağdam rayonunda atası
tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya
yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən
məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların
vəziyyəti nəzarətdə saxlanılır.




Hazırda 2023-cü il təvəllüdlü uşaq Ağdam Rayon Mərkəzi
Xəstəxanasında həkim nəzarəti altındadır. 2024-cü il təvəllüdlü
uşağın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına əməliyyat
olunduğu və hazırda vəziyyətinin ağır olduğu müəyyən edilib.

Məsələ ilə bağlı Ombudsman Aparatı tərəfindən Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və Ağdam Rayon İcra
Hakimiyyətinə sorğular göndərilib.

Uşaqların hüquqlarının qorunması, zorakılıqdan müdafiəsi və
valideynlərin əməllərinə qanunvericiliyin tələblərinə uyğun olaraq
hüquqi qiymət verilməsi məsələsi tərəfimizdən nəzarətdə
saxlanılır”, – deyə məlumatda qeyd edilib.