
Bakı. Trend:
Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan
dəyib, xəsarət alan olmayıb.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən
bildirilib.
“Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı
Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri
Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında
partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi
pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ
gəlib”, – məlumatda deyilir.
Bununla belə, səfirliyin əməkdaşları arasında xəsarət alan
olmayıb. Səfirlik fəaliyyətini davam etdirir.