“Turan Tovuz”un legioneri milliyə çağırıldı

Baş səhifə

Bakı. Trend:

“Turan Tovuz”un futbolçusu Emmanuel Hakman Toqo millisinə dəvət
alıb.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




O, növbəti 2 oyununda yığma komandanın sərəncamında olacaq.

Qeyd edək ki, Toqo millisi DÇ-2026-nın seçmə mərhələsi
çərçivəsində sentyabrın 5-də Mavritaniya, sentyabrın 9-də isə
Sudanla qarşılaşacaq.