
Bakı. Trend:
Bakının iki rayonunda qaz kəsiləcək.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar
29.08.2025-ci il saat 10:00-dan etibarən Sabunçu və Qaradağ
rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Kürdəxanı qəsəbəsinin, Zabrat
qəsəbəsinin Yeni Sahə və Badamlıq yaşayış massivlərinin və Lökbatan
qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.

