ABŞ Avropa ölkələrinin İrana qarşı sanksiyaları bərpa etmək təşəbbüsünü dəstəkləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Fransa, Almaniya və Böyük Britaniyanın BMT-nin İrana qarşı
sanksiyalarını bərpa etmək üçün başlatdığı prosesi alqışlayıb.

Trend-in
məlumatına görə, bununla bağlı bəyanat yayan dövlət katibi Marko
Rubio Birləşmiş Ştatların üç müttəfiqinin bu işdə rəhbərliyini
yüksək qiymətləndirib.




O deyib ki, yaxın həftələrdə ABŞ onlarla və BMT Təhlükəsizlik
Şurasının digər üzvləri ilə birlikdə İrana qarşı beynəlxalq
sanksiyaların və məhdudiyyətlərin geri qaytarılmasını uğurla başa
çatdırmağa çalışacaq.

“Eyni zamanda, Birləşmiş Ştatlar İranın nüvə probleminin sülh
yolu ilə davamlı həllinə nail olmaq üçün İranla birbaşa əlaqəyə
hazırdır. Sanksiyaları qaytarma diplomatik səylərimizə
hazırlığımızla ziddiyyət təşkil etmir, onu gücləndirir. Mən İran
liderlərini xalqının heç vaxt nüvə silahına sahib olmayacağını
təmin etmək, sülh yolu ilə getmək və İran xalqının rifahını
yüksəltmək üçün təcili addımlar atmağa çağırıram”,- deyə bəyanatda
bildirilir.