
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də Nyu-Yorkda BMT Baş
Assambleyasında çıxış edəcək.
Trend xəbər verir
ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Prezident sentyabrın 22-də Nyu-Yorka gedəcək və çərşənbə
axşamı, sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edəcək”, –
Livitt, jurnalistlər üçün keçirilən növbəti brifinqdə deyib.

