ABŞ Dövlət katibi Marko Rubio ilə Hakan Fidan arasında telefon danışığı olub

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri
Hakan Fidan ilə telefon danışığı aparıb.

Trend-in Dövlət
Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər
ABŞ–Türkiyə münasibətlərini və NATO müttəfiqi kimi əməkdaşlığın
gücləndirilməsini müzakirə ediblər.




Söhbət zamanı həmçinin Yaxın Şərqdə sülh və sabitliyə dəstək
ifadə olunub, Rusiya–Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll
edilməsi üçün davamlı diplomatiyanın vacibliyi vurğulanıb.