“Sabah” Velko Simiçi heyətinə qatdı

Baş səhifə

Bakı. Trend:

“Sabah” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Trend-in
məlumatına görə, Bakı təmsilçisi serbiyalı hücumameyilli
yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin
“Sivasspor” klubu ilə razılıq əldə edib.

Müqaviləyə əsasən, futbolçu 1 il icarə əsasında “Sabah”ın
uğurları üçün çıxış edəcək.




Karyerası ərzində Simiç Serbiyanın “Srvena Zvezda”, “Zemun”,
“Voyvodina”, İsveçrənin “Bazel”, “Şaffhauzen”, “Kyasso”,
“Vintertur”, Sloveniyanın “Domjale”, Kiprin “Omoniya” və Türkiyənin
“Sivasspor” klublarında forma geyinib.

Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas
millisinin üzvü olmuş futbolçu “Sabah”da 21 nömrəli formanı
daşıyacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir