
Bakı. Trend:
UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edən
“Araz-Naxçıvan” futzal komandası növbəti oyununu keçirib.
Trend xəbər verir
ki, “qırmızı-ağlar” bu dəfə Şotlandiya çempionu “Saltires”i 7:2
hesabı ilə məğlub edib.
Xatırladaq ki, təmsilçimiz ilk matçda “Sparta Belfast” üzərində
9:1 hesablı qələbə qazanmışdı.
“Araz-Naxçıvan” qrup mərhələsində son oyununu avqustun 30-da
saat 21:30-da Avstriya çempionu “Ljutu”ya qarşı keçirəcək.

