Niderland provayderləri kiberhücuma məruz qalıb

Baş səhifə

Bakı. Trend:

Niderland provayderləri Çinli hakerlər qrupu “Salt Typhoon”
tərəfindən kiberhücuma məruz qalıb.

Trend xəbər verir
ki, bu barədə Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti
(MİVD) məlumat yayıb.

Hədəf əsasən böyük telekommunikasiya şirkətləri yox, daha kiçik
internet və hostinq provayderləri olub.




MİVD-nin bildirdiyinə görə, hakerlər provayderlərin modemlərinə
giriş əldə ediblər, lakin şəbəkələrinə daxil olub şəxsi məlumatları
oğurlaya bilməyiblər.

Kəşfiyyat xidməti qeyd edib ki, bu hücum mülki telekommunikasiya
sektorunu hədəf alan geniş Çin kibercasusluq kampaniyasının bir
hissəsidir.