ABŞ Venesueladan narkotik ticarətinə qarşı bütün gücündən istifadə etməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Venesueladan gələn narkotik
ticarətini dayandırmaq üçün “Amerikanın bütün gücündən” istifadə
etməyə hazırdır.

Trend xəbər verir
ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama
verib.




O bildirib ki, Karib hövzəsinin bir çox ölkələri və digər
ölkələr artıq administrasiyanın narkotiklərlə mübarizə
əməliyyatlarını alqışlayıblar.

Livitt bu açıqlama ilə Trampın Venesuelaya zərbə endirmək üçün
ABŞ hərbi gücündən istifadə edib-etməyəcəyi sualına münasibət
bildirib.