
Bakı. Trend:
Polşa ÜDM-in payına görə müdafiə xərclərində NATO üzvləri
arasında birinci yerdədir.
Trend xəbər verir
ki, bu barədə alyansın cümə axşamı dərc etdiyi hesabatda qeyd
olunub. Hesabata görə, bu il Polşanın ÜDM-in 4,48%-i müdafiəyə
ayrılacaq. İkinci yerdə Litva (4%), üçüncü yerdə isə Latviya
(3,73%) qərarlaşıb.
NATO-ya üzv olan 32 ölkədən Estoniya, Norveç, ABŞ və Danimarka
da ÜDM-in 3%-dən çoxunu müdafiəyə ayıracaq. Ümumilikdə alyansın
bütün üzvləri bu il müdafiəyə ən azı 2% xərcləyəcək.
Hesabata görə, Polşa hərbi xərclərin 54,5%-ni hərbi texnikaya
ayıraraq alyansda liderlik edir. Lüksemburq 53,5%, Finlandiya isə
46% ilə Polşanı izləyir. Belçika isə müdafiə xərclərinin yalnız
14,5%-ni hərbi texnikaya yönəldir.