Kanada Moldovadakı şəxslərə və təşkilatlara sanksiya tətbiq edib

Baş səhifə

Bakı. Trend:

Kanada Moldovadan olan bir sıra fiziki və hüquqi şəxslərə qarşı
sanksiyalar tətbiq edib.

Trend xəbər verir
ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin (XİN) məlumatında
qeyd olunub.




Məhdudiyyətlər Moldovadan olan 16 fiziki və iki hüquqi şəxsə
şamil edilir. Onlar arasında Qaqauziya Muxtar Respublikasının
rəhbəri Yevgeniya Qutsul, Moldovanın müxalif “Zəfər” bloku və güc
strukturlarının veteranlarını birləşdirən “Xalq qalxanı” birliyi
var.

XİN sanksiyaların sentyabrın sonunda keçiriləcək parlament
seçkiləri öncəsi Rusiyanın müdaxiləsi təhlükəsi ilə əlaqədar tətbiq
olunduğunu bildirib.