Pentaqon düşmən PUA-lara qarşı yeni işçi qrupu yaradıb

Baş səhifə

Bakı. Trend:

Pentaqonun katibi Pit Heqset ABŞ-nin hava məkanını düşmən
pilotsuz uçuş aparatlarından qorumaq məqsədilə idarələrarası birgə
işçi qrupunun yaradıldığını açıqlayıb.

Trend-in
məlumatına görə, o, bu barədə X sosial şəbəkəsində yazıb.




“Düşmən pilotsuz təyyarələrin sayı hər gün artır. Buna görə də
mən ordu katibi Daniel Driskola səmamızı təhlükəsiz saxlamaq üçün
401-ci Birgə İdarələrarası İşçi Qrupu yaratmağı tapşırmışam”, –
Heqset bildirib.