
Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio sentyabrın 2–4-də Meksika və
Ekvadora səfər edəcək.
Trend xəbər verir
ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini
Tommi Piqott bəyanat yayıb.
Onun sözlərinə görə, səfərin əsas mövzuları narkotik kartelləri
ilə mübarizə, fentanil qaçaqmalçılığının qarşısının alınması,
qeyri-qanuni miqrasiyanın cilovlanması, ticarət kəsirlərinin
azaldılması və iqtisadi rifahın təşviqi olacaq.
Piqott bildirib ki, Rubionun regiona səfəri ABŞ-nin
sərhədlərinin qorunması və ölkəyə qarşı narkotik və terror
təhdidlərinin zərərsizləşdirilməsinə sadiqliyini göstərir.

