“Çelsi” Alexandro Qarnaçonun transferini rəsmiləşdirir

Baş səhifə

Bakı. Trend:

“Çelsi” argentinalı futbolçu Alexandro Qarnaçonun transferini
tamamlayıb.

Trend xəbər verir
ki, London klubu onun keçidi ilə bağlı “Mançester Yunayted”lə
razılıq əldə edib. Transferin dəyəri 40 milyon avro təşkil edəcək,
həmçinin “qırmızı şeytanlar” növbəti satışdan 10 faiz pay
alacaqlar.




Gənc hücumçu yaxın saatlarda tibbi müayinədən keçərək rəsmi
müqaviləyə imza atacaq.

Qeyd edək ki, 21 yaşlı Qarnaço ötən mövsüm bütün turnirlərdə 58
oyunda iştirak edib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.