Meksika ABŞ-yə poçt göndərişlərini müvəqqəti dayandırır

Baş səhifə

Bakı. Trend:

Meksika ABŞ hakimiyyətinin tətbiq etdiyi yeni tariflərə görə bu
ölkəyə poçt göndərişlərini müvəqqəti dayandıracaq.

Trend xəbər verir
ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.




Bəyanatda qeyd olunur: “Meksika 2025-ci il avqustun 27-dən yeni
əməliyyat prosesləri müəyyən edilənə qədər ABŞ-yə poçt və kuryer
xidmətlərini müvəqqəti dayandıracaq”.

Qərar ABŞ-də dəyəri 800 dollardan az olan bağlamalar üçün
vergidən azadolmanı ləğv edən 14324 saylı İcra Sərəncamının qüvvəyə
minməsi ilə əlaqədardır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir