
Bakı.Trend:
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Uqanda
Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qonaqları salamlayan nazir müavini İlhamə
Qədimova onlara Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd
təsərrüfatına dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat
verib:
“O bildirib ki, Azərbaycan Respublikası tərəfdaş dövlətlərlə
digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də
əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Görüşdə Azərbaycanla Uqanda arasında aqrar sahədə əməkdaşlıq
imkanları, ixrac potensialı yüksək olan məhsullarla bağlı
informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının
ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin
genişləndirilməsi və digər məsələlər müzakirə olunub”.
“Uqanda Respublikasının Xarici İşlər üzrə Dövlət Naziri Con
Mulimba ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr
üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd
təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük
potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın
dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir
mübadiləsi aparılıb”.