Türkiyə nəhənginin məşqçisi qovuldu

Baş səhifə

“Beşiktaş”ın baş məşqçisi Ole Gunnar Solskjaer qovulub.

Metbuat.az xəbər verir ki, “Lozanna Sport”a məğlubiyyətdən sonra “Beşiktaş”ın İdarə Heyəti iclas keçirib. Klubun açıqlamasına görə, İdarə Heyətinin iclasında qəbul edilən qərarə əsasən Ole Gunnar Solskjaer ilə müqaviləyə xitam verilib. Açıqlamada deyilir ki, prezident Serdal Adalı Solskjaerə kluba bu günə qədər göstərdiyi xidmətə görə təşəkkür edib.

Qeyd edək ki, Konfrans Liqasında çıxış edən “Beşiktaş” birinci qarşılaşmada 1-1 hesabı ilə heç-heçə etdiyi İsveçrənin “Lozanna” klubuna İstanbulda uduzaraq 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.