Mourinyo bu klubu çalışdıra bilər –

Baş səhifə

“Fənərbaxça”nın məşqçisi Joze Mourinyonun “Nottingem Forest”ə rəhbərlik etməyə razı ola biləcəyi iddia edilib.

Metbuat.az xəbər verir ki, portuqaliyalı məşqçinin Premyer Liqaya qayıtmağı nəzərdən keçirdiyi irəli sürülüb. Nuno Espirito Santonun “Nottingem Forest”dən göndəriləcəyi barədə iddialar dərc edilib. “Mançester Yunayted” və “Sanderlend”in keçmiş baş skautu Mik Braunun sözlərinə görə, “Nottingem Forest” Mourinyonun namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Joze Mourinyo “Çelsi”də üç dəfə İngiltərə çempionu titulunu qazanıb. O, “Mançester Yunayted”lə Liqa Kubokunu və Avropa Liqasını qazanıb. Mourinyonun “Tottenhem”dəki karyerası uğurlu alınmayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.