
Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda kredit sığortası
üzrə sığorta şirkətlərinin yığımları 2,519 milyon manat təşkil
edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə
müqayisədə 139 min manat və ya 5,2% çoxdur.
Eyni zamanda, hesabat dövründə kredit sığortası üzrə ödənişlərin
həcmi 41 min manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-iyul
aylarındakı göstərici ilə müqayisədə 2 min manat və ya 4,6%
azdır.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı
sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı
yığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakı
sığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığorta
ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7
milyon manat və ya 20,7% artım deməkdir.