
Bu gün Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın avqustun 28-də şəhərdə həyata keçirdiyi kütləvi hava hücumlarında həlak olanların xatirəsinə matəm elan edilib.
Metbuat.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
Şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endirilib. Həmçinin dövlət və özəl mülkiyyətdə olan binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunub. Eləcə də bununla əlaqədar şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağan edilib.
Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində 4-ü uşaq olmaqla, 25-ə yaxın mülki insan həlak olub, 50 nəfər yaralanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.