Cari ilin yanvar-iyul aylarında sığortaedənlərin sayı 2,7% artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-iyul aylarında fərdi uçot sistemində qeydə
alınan sığortaedənlərin sayı 57 117 vahid və ya 2,7% artaraq 2 mln.
172 mindən çox olub.

Trend xəbər verir ki, bu barədə DSMF məlumat
yayıb.




Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər
üzrə 9 468, fiziki şəxslər üzrə 45 013, torpaq mülkiyyətçiləri üzrə
isə 2 636 vahid artıb.