Azərbaycan banklarının aktivləri 14%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu il yanvar-may aylarında Azərbaycanın bank sektorunun
aktivləri 55,700 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
13,5% çoxdur.

Hesabat dövründə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi
öhdəlikləri 48,689 milyard manat, balans kapitalı isə 7,010 milyard
manat olub.

Hesabat ayında bankların kredit portfeli 0.1% və ya 26 milyon
manat artaraq 28,498 milyard manat olub.




Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 52.8%
(15,055.8 mln. manat);

ıı) istehlak kreditləri – 31.6% (9,002.2 mln. manat)

ııı) ipoteka kreditləri – 15.6% (4,440.2 mln. manat).

Bankların kredit portfelinin 85.8%-i milli valyutada, 14.2%-i
xarici valyutada verilmiş kreditlərdən ibarətdir (2024-cü ilin
sonuna bu nisbətlər müvafiq olaraq 83.9% və 16.1% olmuşdur).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir