Yeddi ayda dövlət xəttilə 247 milyon manat ipoteka krediti verilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun
(İKZF) xətti ilə 247,2 milyon manat kredit verilib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8%
azdır.

Təkcə iyulda isə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti
ilə 14,3 milyon manat kredit verilib ki, bu da ötən ilin eyni
dövründəki göstəriciyə nisbətən 71,4% azdır.




Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin
məbləği isə 4,7% artaraq 257,8 milyon manat təşkil edib.

Bu il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin
məbləği 23,3% artaraq 370 milyon manat olub.

Eyni zamanda Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği
isə 27,1% azalaraq 47,9 milyon manat həcmində müəyyənləşib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir