Bakıda daha 2 narkokuryer saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti
əməliyyatlar keçirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı 20 yaşlı H.Əliyev Nəsimi, 45
yaşlı V.Mirzəyev isə Sabunçu rayonu ərazisində saxlanılıblar.
Onlardan 2 kiloqramdan artıq marixuana, heroin və psixotrop maddə
metamfetamin aşkarlanıb.




Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər
üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları
istiqamətində araşdırmalar davam etdirilir.