
Bakı. Trend:
Gedişhaqqı ilə bağlı məsələ daim müzakirə olunur, amma hazırda
bu barədə məlumatımız yoxdur.
Trend
xəbər verir ki, bunu Xocəsən” elektrik deposunda (“Xocəsən”
stansiyası) Bakı metropoliteninə gətirilmiş yeni nəsil qatarların
yığılaraq komplektləşdirilməsi ilə bağlı mediaturda Bakı
Metropoliteni QSC sədrinin müşaviri Emil Əhmədov deyib.
Onun sözlərinə görə, bu barədə müzakirələr aparılır, buna baxmaq
lazımdır:
“Bir çox ölkələrdə fərqli yanaşmalar var. Məsələn, aylıq
kartlar, bir səfərlik kartlar. Eyni zamanda, tələbələrə və sosial
həssas qrupa daxil olan insanlar üçün fərqli yanaşmalar tətbiq
olunur”.
“Bir çox çox ölkələrdə məsafədən asılı olaraq ödənişlər
mümkündür. Bunlar daim bizim gündəmimizdədir, müzakirələr olunur.
Hələlik yekun qərar yoxdur”, – E.Əhmədov deyib.