
“Fənərbaxça” İdman Klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.
Metbuat.az xəbər verir ki, futbol dünyasının ən tanınmış simalarından biri, “Fənərbaxça” İdman Klubunun baş məşqçisi Joze Mourinyo ilə yollar ayrılıb. Klub bu barədə rəsmi açıqlama yayaraq, 2024-2025 mövsümündən komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Klubun rəsmi bəyanatında deyilir: “Peşəkar Futbol A Komandamızın texniki direktoru vəzifəsini icra edən Joze Mourinyo ilə yollarımız ayrılmışdır. Ona komandamız üçün indiyə qədər göstərdiyi əməyə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

