
Bakı. Trend:
Bakı metropolitenində yeni tədris mövsümünün başlanması ilə
əlaqədar hazırlıq işləri planlaşdırılmış qaydada davam
etdirilir.
Trend
xəbər verir ki, bunu Xocəsən” elektrik deposunda ( “Xocəsən”
stansiyası) Bakı metropoliteninə gətirilmiş yeni nəsil qatarların
yığılaraq komplektləşdirilməsi ilə bağlı mediaturda Bakı
Metropoliteni QSC sədrinin müşaviri Emil Əhmədov deyib.
Onun sözlərinə görə, ictimaiyyətə cari ilin may ayında verilmiş
məlumata əsasən, Bakı metropolitenində 2009-cu ildən sonra ilk dəfə
intervalların azaldılmasına nail olunub:
“Sıxlığın qismən tənzimlənməsi, sərnişin məmnunluğunun daha da
artırılması baxımından bu addımlar müsbət nəticə verib. Bu
isitqamətdə zəruri tədbirlər aparılır. Hazırda qatarların hərəkət
qrafikinin payız-qış mövsümünə uyğun qurulması ilə bağlı işlər
yekun mərhələsindədir.
Bununla yanaşı, həm yeni tədris mövsümü, müxtəlif qurum,
müəssisə və təşkilatların iş rejimi ilə bağlı məlumatların
toplanması və emal edilməsi, paytaxtın mobillik planlarında, digər
ictimai nəqliyyat vasitələrinin fəaliyyətindəki mümkün
dəyişikliklər də nəzərdə saxlanılır”.
“Payız mövsümünün gəlişi ilə əlaqədar metropoliten
infrastrukturunda texniki və insan resursları baxımından hazırlıq
tədbirləri də davamlı olaraq. Qatarlarla yanaşı, eskalatorların,
ventilyatorların iş rejimləri, sərnişinə xidmət avadanlıqları və
sistemləri diqqətdə saxlanılır və bu istiqamətlərdə planlı işlər
aparılır.
Dövrün xüsusiyyətləri nəzərə alınmaqla, infrastruktur və
metropolitendən istifadə qaydaları, yönləndirilmə, səmti rahatlıqla
müəyyən və s. ilə bağlı sərnişinlə birbaş ünsüyyətdə olan işçi
personalının hazırlığı və təlimatlandırılması zamanında
yekunlaşdırılacaq”, – E.Əhmədov deyib.

