Son 16 ildə ilk dəfə metroda interval azaldılıb – Emil Əhmədov

Baş səhifə

Bakı. Trend:

Cari ilin may ayında sərnişin üşün xüsusi əhəmiyyət kəsb edən
tarixi yenilik edilmişdi. Son 16 ildə ilk dəfə interval
azaldılıb.

Trend
xəbər verir ki, bunu Xocəsən” elektrik deposunda ( “Xocəsən”
stansiyası) Bakı metropoliteninə gətirilmiş yeni nəsil qatarların
yığılaraq komplektləşdirilməsi ilə bağlı mediaturda Bakı
Metropoliteni QSC sədrinin müşaviri Emil Əhmədov deyib.

O bildirib ki, başqa sözlə, qatar cütlərinin sayı 30-dan 32-yə
yüksəldilərək, interval 1 dəqiqə 52 saniyəyə qədər
azaldılmışdı:

“Hazırda hədəfimiz mövcud texniki imkanları bir qədər təftiş
edərək, intervalı bir qədər də azaltmaqdır. İndi 2 qatar cütü
sayında xətlərdə hərəkətin bir az da sxılaşdırılması üzərində iş
aparılır. Əsas hədəf yeni tədris mövsümündə sərnişinləri daha çox
maraqlandıran ənənəvi sərnişin sıxlığının müsbət texniki həlləri
tətbiq etməkdir.




İntervalın azaldılması sərnişinin ən sıx olduğu saatlarda tətbiq
olunacaq. Bununla bağlı müvafiq monitorinqlər yekunlaşmaq üzrədir.
Yeni mövsüm ərəfəsində elan ediləcək. Lakin onu xüsusi qeyd etmək
olar ki, intervalın azaldılması üçün əlavə 4 qatarın stansiyadan
keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranacaq.
Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımına bərabər
bir rəqəmdir”.

“Tətbiq edilən texniki həllərdən danışsaq, dispetçer
idarəetməsində qrafiklərin hazırlanmasının ənənəvi mexaniki
üsullardan rəqəmsal texnologiyalara keçirilməsi, bütün yollarda
qatarların hərəkətinin tənzimlənməsi sistemlərinin işinə yenidən
baxılması, texniki və insan faktoru ilə bağlı dinamik həllərin
tətbiqi burada həlledici amillərdir.

Bilirsiniz, metropoliten üçün hər saniyənin öz xüsusi əhəmiyyəti
var. Buna görə də qarşıdakı müddətdə həm yeni qrafik, həm
intervalın ən optimal azaldıldığı vaxtlar, həm də interval fərqləri
və digər bütün texniki məsələlərə ictimailəşdiriləcək”, – E.Əhmədov
deyib.