ATƏT-in Minsk qrupu dekabra qədər tamamilə ləğv ediləcək

Baş səhifə

Rusiya Azərbaycan və Ermənistanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun buraxılması ilə bağlı birgə qərarını dəstəkləyir, qrupun 2025-ci ilin dekabrına qədər tamamilə ləğv edilməsi planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç RBK-ya bildirib.

“Burada söhbət üç institutun – Minsk qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun işinə xitam verilməsindən gedir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.