Yaxın günlərdə “28 May” yaxınlığında şaxtaların qazıntısı başlanacaq

Baş səhifə

Bakı. Trend:

Yaxın günlərdə “28 May” stansiyası yaxınlığında qazma işlərinə
başlanması barədə məlumat verilmişdi. Yaxın günlərdə şaxtaların
qazıntısı da başlanacaq. Burada 30 metr dərinliyə qədər şaxta
qazılacaq.

Trend xəbər
verir ki, bunu Xocəsən” elektrik deposunda ( “Xocəsən” stansiyası)
Bakı metropoliteninə gətirilmiş yeni nəsil qatarların yığılaraq
komplektləşdirilməsi ilə bağlı mediaturda Bakı Metropoliteni QSC
sədrinin müşaviri Emil Əhmədov deyib.

“Dərnəgül” deposunun birinci mərhələsi başa çatdıqdan sonra isə
bu şaxtalardan, əvvəllər elan etdiyimiz, 200 metrədək tunel inşası
da başlanacaq.




Bilirsiniz, xətlərin ayrılması təkcə bundan ibarət olamayacaq.
“28 May” stansiyasının platformasını “Cəfər Cabbarlı” stansiyası
ilə birləşdirən piyada tuneli də inşa olunacaq. Burada da layihə
işləri tamamlanıb və hazırlıq işlərinə başlanılıb. Münasib dövrdə
bu tikinti işinə də başlanılacaq”, – E.Əhmədov qeyd edib.

O bildirib ki, həmçinin, hazırda xətlərin ayrıldıqdan sonra
dayanıqlı enerji təminatını verəcək iki elektrik yarımstansiyanın
da layihələndirilməsi işləri davam etdirilir:

“İçərişəhər” stansiyasının arxasındakı dönmə kamerası ilə bağlı
hazırda geoloji kəşfiyyat-axtarış işləri davam etdirilir.
Layihələndirmə yekunlaşan kimi həm dönmə kamerası, həm tunel, həm
də avtoparkinqlə bağlı məlumatlar təqdim olunacaq”.