
Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 100,2 milyon ABŞ
dolları dəyərində karbamid ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın avqust sayına
istinadən xəbər verir.
Məlumata görə, karbamid ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 38,1 milyon ABŞ dolları və ya 61,3% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 11,4% artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.