“Socar Polymer”in ixrac gəlirləri 14%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında “Socar Polymer”in ixrac
gəlirləri 157,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın
avqust sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
19,7 milyon ABŞ dolları və ya 14,2% çoxdur.




Belə ki, 2024-cü il yanvar-iyul aylarında “Socar Polymer”in
ixrac gəlirləri 138,2 milyon ABŞ dolları idi.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha
sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR
Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq
Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir
Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “İstisu”
mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir