Azərbaycan investisiya və ixracda yeni mərhələyə yüksəlir – AZPROMO

Baş səhifə

Bakı. Trend:

Azərbaycan investisiya və ixracatda yeni mərhələyə yüksəlir.

Trend-in məlumatına görə, bunu İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru
Yusif Abdullayev Bakıda keçirilən “Gələcək karyeralar: Necə aktual,
hazır və tələb olunan qalmaq olar” mövzusunda panel müzakirəsi
zamanı bildirib.

“Biznes, ixrac, investisiya sahələrində gedən proseslər
Azərbaycanı yeni şirkətlər və investorlar cəlb etmək üçün əlverişli
mövqeyə gətirir”, – o vurğulayıb.

Y.Abdullayev işğaldan azad edilmiş ərazilərin maddi-texniki
təchizatının perspektivlərinə diqqət çəkib. Eyni zamanda, o,
investisiyaların təşviqi üzrə mütəxəssislərin çatışmazlığını qeyd
edib:




“Təkcə investorları cəlb etmək deyil, həm də onların ölkədəki
fəaliyyətini dəstəkləmək vacibdir. Burada çevik bacarıqlar, xarici
dil bilikləri və logistik səriştələrin inkişaf etdirilməsi bacarığı
vacibdir”.

Onun sözlərinə görə, rus dili regionda mühüm ünsiyyət vasitəsi
olaraq qalır, lakin ingilis, çin, fransız və alman dillərinin
populyarlığı artır.

“Çin investisiyaların təşviqi üzrə strateji tərəfdaşdır,
logistika isə ingilisdilli dünyada yeni imkanlar açır. Biz Avropa
və ABŞ-dən artan marağı görürük ki, onlar gələcəkdə Azərbaycan üçün
mühüm tərəfdaş ola bilərlər”, – Y.Abdullayev əlavə edib.