
Bakı. Trend:
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat
zamanı 43 yaşlı İqbal Sahratov və əvvəllər məhkum olunmuş 38 yaşlı
Dadaş Kazımov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən
məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə olan
marixuana aşkarlanıb.
Araşdırmalarla onların narkotik vasitələri maddi qazanc
müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından
əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ifşa olunmamaq
üçün narkotikləri Yardımlı rayonunda yerləşən çətin relyef şəraiti
olan ərazilərdən keçirərək paytaxta göndərməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

